REGİONLAR


Xaçmazda ağac avtomobilin üstünə düşüb VİDEO

Xaçmaz, 11 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda güclü küləyin təsirindən qopan böyük ağac budağı şəxsi avtomobilin üzərinə düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza Xaçmaz şəhər sakini Rizvan Hacıyev “Lada Priora” markalı avtomobillə hərəkət edən zaman olub. Sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.