REGİONLAR
Xaçmazda aşkarlanan insan skeletləri müayinə olunacaq VİDEO
Xaçmaz, 8 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 8-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aşkarlanan insan skeletlərinin tapıldığı əraziyə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirdikdən sonra insan skeletlərindən müayinə üçün nümunələr götürülüb.
Müqtədir bələdiyyəsinin sədri Cəfər Əzimov bildirib ki, sakinlər mayın 7-də onlara müraciət edərək, insana məxsus kəllə və başqa sümüklərin aşkarlandığını bildiriblər. Skeletlər aşkarlanan ərazidən yaxınlıqdakı kəndlərin sakinləri tikintidə istifadə etmək üçün qum götürür. Sümüklər də məhz həmin vaxt ortaya çıxıb. Kəndin yaşlı sakinləri həmin ərazidə köhnə qəbiristanlığın olduğunu söyləyir.
Ərazidə başqa insan sümüklərinin olub-olmadığını müəyyənləşdirmək üçün qazıntı işlərinin aparılması barədə tapşırıq verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]