REGİONLAR


Xaçmazda avtomobil at arabası ilə toqquşub, bir nəfər ölüb VİDEO

Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 16-sı gecə saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Siyəzən sakini Şamil Ələkbərovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman gözlənilmədən qarşısına çıxan at arabası ilə toqquşub.

Arabada olan, rayonun Qaradağ Buduq kənd sakini, 62 yaşlı Nuru Zeynalov aldığı bədən xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.