REGİONLAR


Xaçmazda avtomobil qaz xəttini zədələdi, 15 kənd “mavi yanacaq”sız qaldı

Xaçmaz, 24 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunda avtomobiln qaz xəttini zədələməsi nəticəsində 15 yaşayış məntəqəsinə “mavi yanacaq”ın verilməsi müvəqqəti dayandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, naməlum avtomobil avqustun 24-ü səhər saatlarında Qusarçay kəndi istiqamətində yerləşən qaz xəttini zədələyib. Qaz xəttinin ciddi zədələnməsi səbəbindən kəndlərdə, ümumilikdə, 4 min 500 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının əməkdaşları tərəfindən qaz xəttinin təmir-bərpa işləri həyata keçirilib.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq problem aradan qaldırılıb və kəndlərin qaz təchizatı bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.