REGİONLAR


Xaçmazda avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb VİDEO

Xaçmaz, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Sentyabrın 14-ü axşam saatlarında Xaçmazda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunda baş verən hadisə zamanı “Nexia” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Xaçmaz rayonu Çiləgir kənd sakini, 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı “Mercedes” və “QAZ -3110” markalı avtomobillərə də ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.