REGİONLAR


Xaçmazda avtoqəzada bir nəfər ölüb, bir nəfər yaralanıb VİDEO

Xaçmaz, 1 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan minik avtomobilinin sürücüsü Bahadırov Erkin Bəhram oğlu xəstəxanaya aparılarkən yolda ölüb. Yük avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.