REGİONLAR
Xaçmazda baş verən qəzada 3 nəfər xəsarət alıb VİDEO
Xaçmaz, 4 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 3-ü gecə saatlarında Xaçmazda 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndov-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 3 nəfər xəsarət alıb.
Yolda hərəkətdə olan “VAZ-21015” avtomobili əvvəlcə traktor, daha sonra “Shacman” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb.
Qəzada xəsarət alan Nərəcan kənd sakinləri Fətulla Xəlilov, Yüksəl Həsənov və Seyidşah Seyidov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Y.Həsənov və S.Seyidovun xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. F.Xəlilov isə müalicəsini tibb müəssisəsində davam etdirir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]