REGİONLAR


Xaçmazda baş verən qəzada 3 nəfər yaralanıb VİDEO

Xaçmaz, 4 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 4-də Xaçmaz rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımıl-Qışlaq kəndinə gedən yolda qeydə alınan hadisə zamanı “VAZ 21011” markalı minik maşını “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində minik maşınlarının sürücüləri və “VAZ 21011” markalı avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılara tibbi yardım göstərilib. Travmatologiya şöbəsində müalicələrini davam etdirən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.