REGİONLAR
Xaçmazda baş verən qəzada 5 nəfər xəsarət alıb VİDEO
Xaçmaz, 15 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 14-ü gecə saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Xudat-Yalama yolunun Susayqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Opel” markalı avtomaşınların toqquşması nəticəsində Qusar rayon İnığoba kənd sakinləri Tariyel Cərullayev, Elşən Hacıverdiyev, Seymur Səfərəliyev, Surxay Tağıyev və Xaçmazın Pirquluoba kənd sakini Azər Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Xudat şəhər xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslərdən ikisi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]