REGİONLAR


Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi müəyyənləşib  YENİLƏNİB VİDEO

Xaçmaz, 17 fevral, AZƏRTAC

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib. "Mercedes" və "Hyundai" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Hadisə zamanı "Mercedes" markalı maşının sürücüsü, Köhnə Xudat kənd sakini 1981-ci il təvəllüdlü İslam Seyidov, Xudat şəhər sakinləri - 1986-cı il təvəllüdlü Elmar Vəliyev və 1982-ci il təvəllüdlü Nizami Vahidov dünyasını dəyişib.

Qəza zamanı 1986-cı il təvəllüdlü Babayev Araz Rzaqulu oğlu, 1972-ci il təvəllüdlü Əliyev Cabir Əlirza oğlu, 1987-ci il təvəllüdlü Səlimov Maqsud Vidadi oğlu və 1989-cu il təvəllüdlü İdrisov Rəfail Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

17:50

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib. "Mersedes" və "Hyundai" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.