REGİONLAR


Xaçmazda bayram yarmarkası: qiymətlər 20-30 faiz ucuzdur VİDEO

Xaçmaz, 2 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 2-dən etibarən Xaçmaz şəhərində bayram satış yarmarkası açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı ərəfəsində Xaçmaz sakinlərinə bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.

Yarmarkaya 30 çeşiddə 10 tondan çox məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz təklif olunur.

Dövlətimizin başçısının tapşırığına əsasən xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkada ət satışı ilə məşğul olan İlyas Yusifov alıcıların çox olduğunu bildirib. “Qiymətlər münasib olduğundan alıcı çoxdur. Bazarda ətin bir kiloqramı 10 manat olduğu halda, biz burada 9 manatdan satırıq. Öz təsərrüfatımızın heyvanıdır. Keyfiyyətli, təzə ətdir” - deyə satıcı vurğulayıb.

İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.

Bayram yarmarkasından əli dolu çıxan Bəxtiyar Haqverdiyev qiymətlərdən razılıq edərək deyib: “Yarmarkada qiymətlərin ucuz olması bizə çox sərf edir. Kiloqramı 9 manata ət aldım. Bazardakından ucuzdur. Yarmarkanın təşkilindən çox razıyam”.

Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, bayram yarmarkaları hər həftəsonu, mart ayının 16-dan etibarən isə gündəlik təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.