REGİONLAR
Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib VİDEO
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, yanğın ötən gecə rayonun Çılğır kəndində ümumi sahəsi 132 kvadratmetr olan, iki otaq və aynabənddən ibarət birmərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.
Yanğınsöndürənlər hadisə yerində ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyitini aşkar edərək, aidiyyəti üzrə təhvil veriblər.
Yanğın nəticəsində evlə bərabər yardımçı tikili də yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.