REGİONLAR


Xaçmazda birinci sinfə gedən 80 şagirdə çanta və dərs ləvazimatları hədiyyə olunub

Xaçmaz, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda Mahmud Əbilov adına Yalama kənd tam orta və Xanoba kənd ümumi orta məktəblərinin birinci sinfinə gedən 80 şagirdə çanta və dərs ləvazimatları hədiyyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hədiyyələr şagirdlərə “Bilik günü”ndə Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark” MMC tərəfindən təqdim edilib.

Hədiyyə verilən şagirdlərdən 32-si aqroparkın əməkdaşlarının övladlarıdır.

Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.