REGİONLAR


Xaçmazda çətənə becərən şəxs saxlanılıb

Xaçmaz, 25 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Fuad Məmmədovu saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı binanın qarşısında yerləşən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 24 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.