REGİONLAR
Xaçmazda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb VİDEO
Xaçmaz, 17 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu Ağarəhimoba kənd sakini T.Bədəlovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.Bədəlovanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana qaytarılıb.
Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.