REGİONLAR
Xaçmazda güclü külək ağacı avtomobilin üzərinə aşırıb VİDEO
Xaçmaz, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 29-da Xaçmazda əsən güclü külək bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisəyə səbəb olub.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Əhmədoba kəndində qeydə alınıb. Xaçmaz sakini Rasim Qasımov “Moskviç” markalı avtomobillə hərəkətdə olan zaman yol kənarındakı qovaq ağaçı maşının üzərinə aşıb. Nəticədə avotomobildə olan sərnişin 53 yaşlı Aslan Mahmudov ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Yüngül xəsarətlər alan sürücü R.Qasımova isə təcili tibbi yardım göstərilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Güclü külək səbəbindən kökündən qoparaq aşan ağac yolun hərəkət hissəsindən kənarlaşdırılıb.