REGİONLAR


Xaçmazda həmyerlisini yandıran şəxs saxlanılıb

Xaçmaz, 27 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində rayonunun Qusarçay kənd sakini 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağır yanıq xəsarətləri alan Nəriman Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.