CƏMİYYƏT


Xaçmazda ictimai nəqliyyatda qaydaları pozanlar cərimələnib

Bakı, 25 oktyabr, AZƏRTAC

Xaçmaz rayonunda ictimai nəqliyyatda qaydalara riayət etməyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Xaçmazda ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Növbəti belə tədbiri oktyabrın 25-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər. Tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis əməkdaşları tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr veriblər. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Həmçinin reyd zamanı sərnişin daşınması ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunub. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.