REGİONLAR
Xaçmazda ikimərtəbəli evdə yanğın olub
Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 15-də Xaçmaz şəhərində yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın şəhərin Əli Bayramov küçəsində Kərim Ağaverdiyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]