REGİONLAR
Xaçmazda işaxtaranlara 523 vakant iş yeri təqdim olunub VİDEO
Xaçmaz, 31 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 31-də Xaçmaz şəhərində keçirilən əmək yarmarkasında 79 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasına rayonda fəaliyyət göstərən 30-dan çox idarə, müəssisə və təşkilatdan 523 vakant iş yeri çıxarılıb.
Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, 8 özəl müəssisə və 8 fiziki şəxs də yer alıb. Daha çox vakant yer rayon Təhsil Şöbəsi və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.