İQTİSADİYYAT


Xaçmazda istehlakçılar daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur

Bakı, 7 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz rayonunda istehlakçıların daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün balansa aid olan yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün zəruri tədbirlər həyata keçirilir.

Görülən işlər nəticəsində elektrik verilişi xətləri istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb. Transformator məntəqələrində də zəruri tədbirlərin görülməsi hesabına əsas işlər yekunlaşib.

Bu ilin iyulunda “Xaçmaz” Elektrik Şəbəkəsi Müəssisəsində 13,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Ötən 7 ayda isə müəssisə üzrə istehlak 87,9 milyon kilovatsaata yaxın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.