REGİONLAR


Xaçmazda keçirilən əmək yarmarkasında işaxtaranlara 417 iş yeri təklif olunub VİDEO

Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 30-da Xaçmazda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasında 30-dan çox müəssisə tərəfindən 417 iş yeri təklif olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən yarmarkada təklif edilən işlərə görə əməkhaqqı 130 manatdan 757 manatadək müəyyənləşdirilib. Təklif olunan iş yerlərinin 208-i qulluqçu, 102-si fəhlə, 107-si isə xidmət sahəsinə aid olub.

Xaçmaz Rayon Məşğulluq Mərkəzinin direktoru Ülkər Teyyubova AZƏRTAC-a müsahibəsində bildirib ki, əmək yarmarkasına 400 nəfərdən çox işaxtaran qatılıb.

Yarmarkaya dövlət müəssisələri və qeyri-dövlət təşkilatları ilə yanaşı, fiziki şəxslər tərəfindən də iş yerləri çıxarılıb. Təklif olunan iş yerləri arasında turizm, səhiyyə və kənd təsərrüfatı sahələri üstünlük təşkil edib.

Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.