REGİONLAR


Xaçmazda keçirilən sınaq imtahanlarında şimal bölgəsindən 1000-ə yaxın abituriyent iştirak edib

Xaçmaz, 10 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanlarında şimal bölgəsindən 1000-ə yaxın abituriyent iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abituriyentlər Xaçmaz şəhərindəki iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində biliklərini sınayıblar.

DİM-in Xaçmaz regional bölməsindən bildirib ki, hər iki mərkəzdə imtahanların keçirilməsi üçün ideal şərait yaradılıb. İmtahanlara 49 nəzarətçi müəllim, o cümlədən 3 imtahan rəhbəri cəlb olunub.

Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunub. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanlar Xaçmazla yanaşı respublikanın daha 25 şəhər və rayonunda, ümumilikdə 55 binada təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.