REGİONLAR
Xaçmazda köməksiz vəziyyətdə tapılan qadının yaxınları axtarılır
Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda köməksiz vəziyyətdə tapılan qadının yaxınları axtarılır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan qadına rast gəliblər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Xaçmaz Rayon Polis Şöbəsinə gətiriblər.
Tapılan şəxsin boyu 170 santimetrdir, arıq bədən quruluşlu və qısa ağ saçlıdır, gözlərinin rəngi qəhvəyidir. Özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur. Əlaqə telefonları: (023) 325-53-56; (051) 843-02-02.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]