REGİONLAR


Xaçmazda kross qaçışı üzrə Azərbaycan çempionları müəyyənləşəcək

Xaçmaz, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 15-də Xaçmazda kross qaçışı üzrə Azərbaycan çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Quba, Qusar, Xaçmaz, Astara və Balakəni təmsil edən 100-ə yaxın idmançı iştirakı edəcək.

Atletlər müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Nabran turizm zonasında keçirilən çempionatda ən uzaq məsafəyə qaçanlar 10 kilometr qət edəcəklər.

Qaliblərə federasiya tərəfindən medal, diplom və pul mükafatı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.