CƏMİYYƏT


Xaçmazda meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərəcan kəndi ərazisindəki meşə zolağında kənd sakini, əvvəllər məhkum olunmuş A.Cəbiyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 97 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.