REGİONLAR
Xaçmazda meşəlik ərazidə 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi aşkarlandı VİDEO
Xaçmaz, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb. Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254 kiloqram olan 350 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa, həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.