CƏMİYYƏT
Xaçmazda meyvəçilik sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş olub
Bakı, 2 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi regionlarda fermerlərin maarifləndirilməsi sahəsində tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu qəbildən növbəti maarifləndirici görüş Xaçmaz rayonunda çəyirdəkli və tumlu meyvələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla olub.
Görüş zamanı sahibkarlara çəyirdəkli və tumlu meyvələrin zərərvericiləri və xəstəlikləri, onlarla mübarizə yolları barədə ətraflı məlumat verilib, aqrokimyəvi maddələrdən istifadə edərkən zəruri təhlükəsizlik qaydaları fermerlərə izah olunub.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırıb və meyvə bağlarına baxış keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:56]
Ağdamda əmək yarmarkası təşkil olunacaq
- 23.04.2024 [14:53]
Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb
- 23.04.2024 [14:52]