REGİONLAR


Xaçmazda modul tipli məktəb binasında yanğın baş verib

Xaçmaz, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 29-u axşam saatlarında Xaçmaz rayonunun Gəncəli kəndindəki məktəb binasında yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 100 şagird yerlik modul tipli məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılmamış kənd sakinləri tərəfindən söndürülüb.

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi də cəlb olunub.

Yanğına məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Məktəb direktoru Çimnaz Əmiraslanova AZƏRTAC-ın bölgə müxbirinə yanğın nəticəsində təhsil ocağına ciddi ziyan dəymədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.