CƏMİYYƏT


Xaçmazda narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu noyabrın 19-da Xaçmaz rayonunda maarifləndirmə tədbiri təşkil edib.

Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq təşkil edilib.

Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.