REGİONLAR


Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çiləgir kənd sakini Abil Həsənovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46 ədəd yaş, 9 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.