REGİONLAR


Xaçmazda narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb VİDEO

Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Ləcət kənd sakini Şamil Pirəhmədovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş 33 ədəd çətənə bitkisi və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Şamil Pirəhmədov narkotik tərkibli bitkilərin ona məxsus olduğunu və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Coşqun Cəbrayılovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən 15 ədəd çətənə bitkisi aşkarlanıb.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.