ELM VƏ TƏHSİL


Xaçmazda nəzarətçi müəllimlər üçün seminar-məşğələlər təşkil edilmişdir

Xaçmaz, 13 fevral (AZƏRTAC). Xaçmazda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər təşkil edilmişdir.

AZƏRTAC xəbər verir ki, TQDK-nın Quba regional bölməsi tərəfindən keçirilmiş seminar–məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun aparmağa hazırlamaqdır.

Seminar–məşğələlərdə nəzarət prosesini müəllimlərə dəqiqliklə çatdırmaq üçün real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilmişdir.

Şimal bölgəsində seminar–məşğələlərə 774 müəllim cəlb olunmuşdur. Onların 197-i Xaçmazı, 235-i Qubanı, 30-u Xızını , 94-ü Şabranı, 58-i Siyəzəni, 160-ı isə Qusarı təmsil etmişdir. Ümumilikdə TQDK-nın nəzarətçilər bazası 8000-dək müəllim və təhsil işçisindən ibarətdir.

Martın 5-dək davam edəcək bu seminarlarda iştirak etmiş müəllimlər (xüsusilə ilk dəfə cəlb olunmuş müəllimlər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.