REGİONLAR


Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC

Mayın 31-i gecə saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Bağırov Rad Kazım oğlu idarə etdiyi “Mercedes” markalı yük maşını ilə piyada, 1975-ci il təvəllüdlü Xaçmaz rayon sakini Xələfova Şəfəq Xocabəy qızını vurub.

Ş.Xələfova Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.