REGİONLAR
Xaçmazda poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibləri müəyyənləşib VİDEO
Xaçmaz, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 15-də Xaçmaz Olimpiya İdman Kompleksində şəhər stadionunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birincilik çağırış və çağırış yaşınaqədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilib.
Çempionatda şəhər və kənd tam orta məktəblərinin 56 komandası iştirak edib. Komandalar çempionatın proqramına uyğun olaraq 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma mərhələləri üzrə yarışıblar.
Eynulla Çobanov adına Gödəkli kənd tam orta məktəbin komandası I yeri qazanaraq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibi olub. Xaçmaz şəhər 9 saylı tam orta məktəbin komandası II, Həsənqala kənd tam orta məktəbin komandası isə III yeri tutub.
Birinci yeri qazanan komanda çempionatın zona mərhələsində Xaçmaz rayonunu təmsil etmək hüququna sahib olub.
Yer tutmuş komandalar rayon fəxri fərmanlar ilə mükafatlandırılıb.