REGİONLAR


Xaçmazda polis əməkdaşları 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıb

Xaçmaz, 1 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan şəhid ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan ümumilikdə 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən sevinclə qarşılanıb, onlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.