REGİONLAR


Xaçmazda quşçuluq fermasının yanması nəticəsində 5 mindən artıq cücə tələf olub

Xaçmaz, 14 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 14-də Xaçmazda quşçuluq fermasında yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Üç yüz kvadratmetr ərazi yanğından mühafizə olunub, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 500 kvadratmetr olan fermanın 200 kvadratmetri yanıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.