REGİONLAR


Xaçmazda şəhid Davud Hacıyevin xatirəsi anılıb VİDEO

Xaçmaz, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Davud Hacıyevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın Xaçmazda məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Davud Hacıyev 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. O, ailəsinin sevimli, həm də tək övladı idi. Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vursa da, Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub.

Qəhrəman döyüşçü oktyabrın 9-u Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. Davud bir müddət komada qalıb və oktyabrın 17-si şəhidlik zirvəsinə ucalıb.

Davud Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.