REGİONLAR


Xaçmazda şəhid ailələri və yaralı hərbçilər ziyarət olunub

Xaçmaz, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda şəhid ailələri və yaralanmış hərbçilər evlərində ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi Nərəcan, Mürşüdoba və Palçıqoba kəndlərində şəhid ailələrinə baş çəkib, Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər.

Şəhid ailələri və yaralı hərbçilər qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağı bildirilib. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün azadlığa qovuşub.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb.

Görüşlərdə şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağı, yaralıların sağalması üçün bütün səylərin göstəriləcəyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.