REGİONLAR


Xaçmazda şəhid baş gizir Mahir Məmmədovun xatirəsi anılıb VİDEO

Xaçmaz, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda Vətən müharibəsi şəhidi, baş gizir Mahir Məmmədovun şəhadətinin ildönümü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün 17 ilini Vətənə xidmətə həsr edən qəhrəman döyüşçünün Şıxaput kəndində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Mahir Ağasəlim oğlu Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub.

Təcrübəli hərbçi Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib.

Mahir Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.

Oktyabrın 7-də Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.

39 yaşlı qəhrəman üç il əvvəl ailə həyatı qurmuşdu. Müharibə başlamazdan bir həftə əvvəl atalıq sevinci yaşayan Mahir yeni doğulan oğlu Səlimin üzünü görə bilmədi.

Mahir Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.