REGİONLAR


Xaçmazda şəhid idmançıların ailələri ziyarət edilib

Xaçmaz, 6 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin kollektivi rayonun Qaraqurtlu və Müzəffəroba kəndlərində Vətən müharibəsində canlarından keçən şəhid idmançıların ailələrini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarənin kollektivi şəhid idmançılar – kikboksinq idman növü üzrə 3 qat dünya çempionu Kərəm Veysov və müxtəlif yarışların qalibi olan kikboksinqçi Cabar Əkbərovun ailələrində olublar.

Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Şəhid ailələrinin qayğıları ilə maraqlanan idarə əməkdaşları bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də hamımız üçün çox əzizdir.

Görüşlərdə idarənin rəisi Elman Məmmədov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində şanlı qələbə qazanıb. Haqq-ədalət uğrunda gedən mübarizədə idmançılarımız da igidlik nümunəsi göstəriblər. Xalqımız qəhrəmanlarımızın əziz xatirəsini həmişə uca tutacaq.

İdarə əməkdaşı Məmmədşah İsrafilov 44 günlük Vətən müharibəsində şəhidlərimizin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını qeyd edərək, böyük Qələbənin müasir tariximizin qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını bildirib. Xalqımızın qüruru və iftixarı olan şəhidlərimizin ailələri həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq.

Şəhid idmançıların valdeynləri şəhidlərimizin Vətən sevgisindən, vətənpərvərlik əzmindən, döyüşlərdə göstərdikləri rəşadətdən danışıb, onlarla qürur duyduqlarını bildiriblər.

Sonda şəhidlərimizin gənc rəssam tərəfindən çəkilmiş portretləri ailə üzvlərinə xatirə olaraq təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.