CƏMİYYƏT


Xaçmazda stomatologiya və üz-çənə cərrahiyyəsi üzrə səyyar kurs aparılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Xaçmaz şəhərində “Stomatologiyanın aktual məsələləri” mövzusunda səyyar kurs keçirib. Kursda Xaçmaz, Quba və Siyəzən şəhərlərində çalışan həkim-stomatoloqlar iştirak edib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi stomatologiya və üz-çənə cərrahiyyəsində praktik bacarıqların daha yaxşı mənimsənilməsi və təkmilləşdirilməsindən ibarət olub.

İnstitutun kafedra müdiri, professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyətinin apardığı kursda həm də sertifikasiya imtahanına hazırlaşmaq üçün təqdim olunan test nümunələri araşdirilıb.

Kurs bitirən müdavimlərə Sertifikasiya Komissiyasina təqdim etmək üçün 60 kredit bal qazandıran şəhadətnamələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.