REGİONLAR


Xaçmazda təşkil olunan sərgidə regionun turizm imkanları təqdim olunub

Xaçmaz, 8 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Turizm və səyahətlər” sərgisində 30-a yaxın turizm şirkəti, otel və istehsalat sahələrinin stendləri təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

İki gün davam edən sərgidə regiona daxil olan rayonların görməli yerləri, turizm məkanları, yeni tikilmiş mədəniyyət müəssisələri, tarixi abidələri haqqında fotostendlər nümayiş etdirilib, rayonların turizm xəritəsini özündə əks etdirən, həmçinin regionda fəaliyyət göstərən bir sıra otellərin bukletləri sərgilənib və gələn qonaqlara paylanılıb. Həmçinin sərgi zamanı yerli sənətkarların və məktəblilərin 150-dən çox əl işləri də nümayiş etdirilib.

Sərginin açılış mərasimində ölkəmizdə turizmə göstərilən dövlət dəstəyindən, son illərdə bu sahədə görülmüş işlərdən danışılıb, ziyarətçilərə regionun turizm potensialı barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.