REGİONLAR


Xaçmazda üçmərtəbəli məktəb binasının əsaslı təmiri mart ayında başa çatacaq VİDEO

Xaçmaz, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə əsaslı təmir-bərpa işləri mart ayında başa çatdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.

1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binasında təmir-bərpa işləri işlərinə ötən ilin iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.

Artıq binanın çölündə suvaq işləri, dam örtüyünün dəyişdirilməsi başa çatdırılıb. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

Məktəbin direktoru Daxil Qurbanov bildirib ki, binada təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək.

Təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.