İQTİSADİYYAT


Xaçmazda və Şəkidə toxumtəmizləmə zavodları istifadəyə veriləcək

Bakı, 12 iyul, AZƏRTAC

Cari ildə Xaçmazda və Şəkidə toxumtəmizləmə zavodlarının istifadəyə verilməsi planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu zavodlarda işlərin demək olar ki, 60-70 faizi tamamlanıb və hazırda orada texnologiya xətlərinin quraşdırılması istiqamətində işlər davam etdirilir.

M.Əliyev bildirib ki, ilkin olaraq strateji toxumların istehsalının nəzərdə tutulduğu zavodların inşasında beynəlxalq təcrübədən istifadə olunur və bu da ölkəmizdə toxumçuluğun inkişafına öz töhfəsini verəcək.

Xidmət rəisi, həmçinin vurğulayıb ki, dövlət büdcəsindən bu istiqamətdə daha 3 zavodun tikintisi üçün vəsait ayrılıb. Hazırda isə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tərəvəz toxumçuluğunun inkişafı ilə bağlı mühüm bir layihə həyata keçirilir. Burada tam yenilənmiş laboratoriya, istixanalar yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.