REGİONLAR


Xaçmazda xalça istehsalı müəssisəsinin tikintisi yekunlaşıb VİDEO

Xaçmaz, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC

“Azərxalça” ASC-nin Xaçmaz filialı üçün binanın tikintisi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, filial üçün rayonun Qaradağ Buduq kəndində 1051 kvadratmetr ərazidə inşa edilən binada son tərtibat işləri görülür.

Gəndov-Yalama yolunun kənarında yerləşən bina toxuculuq zalı, emalatxana, yeməkxana, anbar, eləcə də rəssam, tibb və inzibati otaqlardan ibarətdir.

“Azərxalça” ASC tərəfindən filialda xalça toxucuları üçün tədris-hazırlıq kursları təşkil edilib. Kurslara şimal bölgəsində yaşayan qadınlar cəlb olunub. Artıq onların əksəriyyəti xalçaçılıq peşəsinə tam yiyələnib. Burada çalışmaq istəyənlər filiala müraciət edə bilərlər. Müəssisə fəaliyyətə başladıqdan sonra 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Filialın həyətində abadlıq, yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.

Tezliklə fəaliyyətə başlayacaq “Azərxalça” ASC-nin Xaçmaz filialı ölkəmizdə xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.