REGİONLAR
Xaçmazda xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər
Xaçmaz, 5 avqust, Elxan Yusifli, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanunamüvafiq qaydada tədbir görülüb.