REGİONLAR


Xaçmazda yararsız at əti və kəsim üçün alınan xəstə atlar aşkarlanıb VİDEO

Xaçmaz, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda istifadəyə yararsız at əti və kəsim üçün alınan xəstə atlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə Xaçmaz Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrilə birlikdə Qaraqaşlı kənd ərazisində yerləşən, rayon sakini Nicəsur Mövsüma məxsus fermaya baxış keçiriblər. Həmin fermada natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.