REGİONLAR
Xaçmazın Maqsudkənd kəndinin qazlaşdırılmasına başlanılıb VİDEO
Xaçmaz, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Maqsudkənd kəndinin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsində, ümumilikdə, 250 abonent ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.
Kəndin qazla təminatı üçün müxtəlif diametrli 21 min metr yaxın polietilen və metal borulardan istifadə olunur. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.
Qazlaşdırma işlərinə iki ay öncə başlanılıb. Artıq metal borularla 4 min metrdən çox məhəllədaxili qaz xətləri çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]