REGİONLAR


Xaçmazın Qadaşoba kəndinin yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Xaçmaz, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC

Əsaslı şəkildə yenidən qurulan Xaçmazın Qadaşoba kəndinin yolu dekabrın 28-də istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qadaşoba kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Yolun açılış mərasimində Xaçmaz rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, kəndlərarası və qəsəbələrarası avtomobil yolları yenidən qurularaq vətəndaşların rahat gediş-gəlişi təmin edilir. Qadaşoba yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.

Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 21 yerdə suötürücü boru qoyulub.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.